Türk xüsusi təyinatlılarından qəhrəmanlıq » Memur.az

Türk xüsusi təyinatlılarından qəhrəmanlıq

Türk xüsusi təyinatlılarından qəhrəmanlıq

12 nəfərlik qrup «geri dön» əmrinə tabe olmamaq üçün ratsiyalarını söndürüb, dağlarda döyüşərək 73 PKK-lını öldürüb, 25-ni isə əsir götürüb

Dünən Türkiyədə xüsusi təyinatlı qoşunun 10 nəfərlik qrupunun itkin düşdüyünə dair məlumat yayılmışdı. Bu gün isə məlum olub ki, həmin dəstə itkin düşməyib, sadəcə, «geri dön» əmrinə tabe olmamaq üçün ratsiyalarını söndürüblər. Özləri isə dağlarda terrorçu ovuna çıxıblar. JAM.AZ xəbər verir ki, bu məlumatı Türkiyə mətbuatı yayıb.

Həmin məlumatda deyilir ki, 12 nəfərlik qrup dağlarda PKK-çılarla üz-üzə gələrək, bir neçə saat döyüşüblər. Heç bir itki verməyən «bordo berelilər» 75 terrorçunu öldürüb, 25-ni isə əsir götürərək, geri dönüblər.