Türkiyədə növbəti xain hücum: xeyli sayda şəhid var » Memur.az

Türkiyədə növbəti xain hücum: xeyli sayda şəhid var

Türkiyədə növbəti xain hücum: xeyli sayda şəhid var

PKK-çılar Türkiyədə növbəti terrora əl atıblar.
Musavat.com xəbər verir ki, Reuters agentliyi Türkiyədəki terrorla bağlı dəhşətverici məlumat yayıb. Agentliyin məlumatına görə, Türkiyə azı 15 şəhid verib.

Türkiyə tərəfi şəhidlərin sayını hələlik təsdiqləməyib.


***
00.36

Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, baş vermiş partlayış və sonra başlayan atışma nəticəsində şəhid və yaralılar var.

Hadisə Yüksəkova vilayətinin Dağlıca bölgəsində baş verib. İki hərbi zirehli maşın keçərkən yola düzülmüş partlayıcılar PKK-çılar tərəfindən partladılıb.

Hazırda terrorçulara qarşı hava əməliyyatı aparılır. F4 və F16 qırıcıları terrorçulara aid 10 hədəfi vurub.

"CNN Türk" isə xəbər verir ki, ölən və yaralananların sayı çoxdur.


***

06-09-2015; 23.48

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hakkarinin Yüksekova mahalı, Dağlıca bölgəsində terrorçular magistral yola mina yerləşdiriblər. İki zirehli hərbi avtomobil yoldan keçərkən mina uzaqdan idarə ilə partladılıb.

Partlayış nəticəsində ölən və ya yaralıların olub-olmadığı barədə məlumat yoxdur. Son xəbərlərə görə, bölgədə genişmiqyaslı əməliyyat aparılır. Son bilgilərdə qeyd edilir ki, atışmalar zamanı terrorçulardan ölən və yaralananlar var.

Baş Nazir Ahmed Davudoğlu Konya şəhərində Türkiyə - Hollandiya matçını izləyən zaman bu xəbəri alıb və dərhal Ankaraya qayıdıb.