TÜRKPA: Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik » Memur.az

TÜRKPA: Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik

TÜRKPA: Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirikAnım Günü - 27 sentyabrda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsini yad edir.

“Report” bu barədə təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir.

"Azərbaycan xalqının iradəsi, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə qazanmış Azərbaycan ordusunun qətiyyəti və müstəsna şücaəti müasir tarixdə nadir hadisəyə çevrilmiş böyük qələbəyə gətirib çıxardı. Anım Günündə TÜRKPA Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad edir", - məlumatda bildirilib.