Azərbaycan Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək
dunya
23-08-2024, 09:46
114

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb.
"Shanghai World Expo" Milli Sərgi və Konqres Mərkəzində təşkil olunacaq sərginin təşkilatçıları qismində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosu çıxış edir. Sərginin tərəfdaşları isə Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı, eləcə də Sənayenin İnkişafı Təşkilatıdır.