• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Uğursuz, səriştəsiz prezident - Makron Fransanı fəlakətə sürükləməkdədir - ANALİZ

Dünya

16-08-2024, 10:09

Uğursuz, səriştəsiz prezident - Makron Fransanı fəlakətə sürükləməkdədir - ANALİZFransa prezidenti Emmanuel Makron ən çox müzakirə olunan siyasətçi kimi gündəmdə qalmaqdadır. Bunun da əsas səbəbi daxili və xarici siyasətdə Fransaya yaşatdığı uğursuzluqlardır. Artıq dünyada uğursuz, səriştəsiz ölkə başçısı kimi tanınır. Təsadüfi deyil ki, məhz onun idarəçiliyi dövründə Fransanın dünyadakı nüfuzu da azalıb. Bir vaxtlar ədəbiyyat, mədəniyyət mərkəzi kimi tanınan Fransa və onun paytaxtı Parisin adı bu gün vətəndaşlara qarşı zorakılıq, etirazlar, çirkab suları ilə yada düşür. Bütün bunlar isə Fransanı dünyanın məşhur KİV-lərinin manşetlərinə çıxarır. Məsələn, bu günlərdə İspaniyanın ABC nəşrində yer alan məqalədə Makron ən təcrid olunmuş prezident kimi səciyyələndirilib: “Şəxsi qərarlarının qurbanı olan Emmanuel Makron Fransanın davamlı hal almaq riski daşıyan institusional iflicini dərinləşdirir və ən təcrid olunmuş dövlət başçısına çevrilir”.

İyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən növbəti Yay Olimpiya Oyunları zamanı müşahidə olunanlar Fransanın və Makron hökumətinin dünyada azalan nüfuzuna daha bir zərbə oldu. Belə ki, dünyanın ən böyük idman tədbiri hesab olunan Olimpiya Oyunları sözün əsl mənasında rəzilliklərlə yadda qaldı və fiaskoya çevrildi. İdmançıların Sena çayında virusa yoluxmasından tutmuş, rumıniyalı gimnast Ana Barbosun qazandığı gümüş medalının əlindən alınmasına, şəhər sakinlərinin paytaxt mərkəzindən çıxarılaraq ucqar ərazilərə aparılmasına qədər müxtəlif faktlar Olimpiadanın Fransa hakimiyyətinin belə demək mümkünsə, kabusuna çevrildiyini deməyə əsas verir.

Fransa özünü dünyada demokratiyanın əsas mərkəzlərindən biri kimi tanıtmağa çalışır. Yelisey Sarayı bu məsələdə hətta digər dövlətlərə nümunə olmağa çalışır. Bu, pis deyil. Amma Fransa hakimiyyəti gərək əvvəlcə “öz gözündəki tiri görsün ki, sonra başqasının gözündə çöp axtarsın”.Məsələ burasındadır ki, hələ 2023-cü ildə Fransada əlcəzairəsilli gəncin öldürülməsi ölkənin “qara səhifələrindən” biri oldu. Həmin hadisədən sonra paytaxt Parisdə və digər şəhərlərdə hakimiyyət əleyhinə genişmiqyaslı etirazlar başlandı. 2022-cü ildə isə Fransada irqi zəmində 13 nəfər öldürülmüşdü.

Bir neçə il əvvəl BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, dünyada polis tərəfindən 190 afrikamənşəli öldürülüb. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. Onun sözlərinə görə, hadisələrin 98 faizi Avropa ölkələrində baş verib. Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa və aparteidə qarşı çıxanlar isə polis dəyənəkləri, gözyaşardıcı qazlar, bəzən isə güllələrlə qarşılanır. Qərb ölkələri isə Fransa da daxil olmaqla başqa dövlətlərdə baş verən uyğun halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və fikir azadlıqlarının pozulması kimi qiymətləndirirlər. Fransa kimi ölkələr də Afrika mənşəlilərin səsini batırmağa səy göstərirlər. Halbuki Fransa başda olmaqla bəzi Avropa ölkələri uzun illər Afrikada yerli sakinləri soyqırımına məruz qoyublar. Onlar, o cümlədən Fransa tarixlərindəki bu qara xəstəliyi heç vaxt təmizləyə bilməyəcəklər. İnsanlıqdan uzaq əməllərlə məşğul olan Fransa hakimiyyəti o dövrün hakimiyyətlərinin varisi sayılmaqla bərabər həm də əməllərinin davamçılarıdır.

Ölkədə zaman-zaman E.Makronun istefası da tələb olunub. Bunun səbəbləri sırasında ölkədə insan azadlıqlarının məhdudlaşdırılması var. Son illər Fransada irqi ayrı-seçkilik pik həddə çatıb. Bu, müntəzəm olaraq əhalinin narazılığı, hakimiyyətə qarşı çıxışları ilə nəticələnir. Oxşar hadisələr, demək olar, hər il yaşanır. Xüsusilə müsəlmanların bu ölkədə polis təqiblərinə və şiddətinə məruz qalması daim gündəmdə olan mövzulardandır. Fransanın Əlcəzair və Ruanda da milyonlarla müsəlmanı qətlə yetirməsi azmış kimi indi də belə hadisələr Fransanın daxilində baş verir və bu da vəziyyətin acınacaqlı olmasından xəbər verir.Hələ 2023-cü ildə BMT Fransada baş verən hadisələrə münasibət bildirərək qeyd etmişdi ki, ölkənin hüquq-mühafizə orqanlarında irqi ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb.

Başqa bir məqam rəsmi Parisin kolonial siyasəti ilə bağlıdır. Belə ki, Fransa ayrı-ayrı Afrika ölkələrində müstəmləkəçilik siyasəti aparmaqla həmin ərazilərdə özünün təsir gücünü artırmağa çalışır. Yəni təsir gücü naminə insanların hüquq və azadlıqlarını görməzdən gəlir. Bu isə Makron hökumətinin digər ölkələrə öyrətmək iddiasında olduğu demokratik dəyərlərlə üst-üstə düşmür.

Qeyd edək ki, Fransanın xarici siyasət kursu da adekvat deyil. Rəsmi Parisin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda nümayiş etdirdiyi siyasət onu deməyə əsas verir ki, mövcud Fransa hakimiyyəti qanla qidalanır. Belə ki, Fransa müxtəlif regionlarda əvvəlcə toqquşmalar yaradır, sonra isə tərəflərdən birinə silah satmaqla öz bazarını yaradır. Yeri gəlmişkən, deyək ki, Cənubi Qafqazda Fransa üçün bu rolu Ermənistan oynayır.Bütün bunlar həm də E.Makronun komandasının ondan uzaqlaşması ilə nəticələnir. Belə ki, ABC nəşrinin iddiasına görə, Makron baş nazir səlahiyyətlərini icra edən, iyunun 30-da və iyulun 7-də keçirilən növbədənkənar seçkilərdə uğursuzluqdan sonra istefa verən hökumətin başçısı Qabriel Attal ilə nə açıq şəkildə, nə də özəl olaraq əlaqə saxlamır. Həmçinin bildirilib ki, Olimpiya Oyunlarının başa çatmasından sonra istefa verən daxili işlər nazirləri Jerald Darmanin, iqtisadiyyat naziri Bruno Le Mer və xarici işlər naziri Stefan Sejurne vurğulayıblar ki, onlar gələcək hökumətin mümkün varislərinin adlarını belə fərziyyə şəklində təqdim etmədən əşyalarını yığırlar.

Beləliklə, görünən odur ki, Paris Olimpiya Oyunları “bardağı daşıran son damla” olub. Əgər E.Makron daxili və xarici siyasət kursu ilə bağlı ciddi redaktələr etməsə, gələcəkdə Fransanı daha ciddi sınaqlar gözləyir.

Paylaş:
Digər xəbərlər

Sosial

30-06-2023, 15:11

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
Son xəbərlər
  • Dünən, 15:33
    Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edib - YENİLƏNİB
  • Dünən, 15:32
    Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib - YENİLƏNİB
  • Dünən, 10:30
    Elçin Babayev: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir
  • Dünən, 10:29
    NDU-da "Süni intellekt: nəzəriyyədən praktikaya" III beynəlxalq elmi konfransı alim və tədqiqatçıları bir araya gətirib
  • Dünən, 10:16
    Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
  • Dünən, 10:15
    Bu gündən WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan maşınlar cərimələnəcək
  • Dünən, 10:14
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
  • Dünən, 10:14
    Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
  • Dünən, 10:12
    Şirvan şəhərinin bəzi küçələrində elektrik enerjisi olmayacaq
  • 14-05-2026, 14:41
    ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
  • 14-05-2026, 14:40
    Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib - YENİLƏNİB
  • 14-05-2026, 14:39
    Deputat: Fransa Cənubi Qafqaza münasibətdə aqressiv davranış sərgiləyir
  • 14-05-2026, 14:38
    Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • 14-05-2026, 14:38
    Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər
  • 14-05-2026, 10:26
    Azərbaycanda GSNP-nin ilk Baş Assambleyası keçirilir
  • 14-05-2026, 10:25
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • 14-05-2026, 10:24
    Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib
  • 14-05-2026, 10:23
    YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
  • 14-05-2026, 10:17
    Görkəmli arxeoloq Fazil Osmanovun 90 illik yubileyi qeyd edilib
  • 14-05-2026, 10:17
    Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
  • 14-05-2026, 10:15
    İran: ABŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə dəstək üçün ölkələrə təzyiq göstərilib
  • 14-05-2026, 10:15
    Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək
  • 13-05-2026, 15:18
    Azərbaycan və Slovakiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
  • 13-05-2026, 15:17
    Sahibə Qafarova: Raşinin Azərbaycana səfəri Slovakiya ilə yüksək əlaqələrin göstəricisidir
  • 13-05-2026, 15:16
    İlham Əliyev və Rixard Raşi Bakıda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər
  • 13-05-2026, 15:16
    İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib
  • 13-05-2026, 10:36
    Çin və ABŞ nümayəndə heyətləri iqtisadi və ticarət məsələlərini müzakirə edib
  • 13-05-2026, 10:34
    Bakı, Astana və Daşkənd "UEW 2026" çərçivəsində "yaşıl enerji" dəhlizinin inkişafını müzakirə edib
  • 13-05-2026, 10:34
    Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
  • 13-05-2026, 10:33
    Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
  • 13-05-2026, 10:32
    Azərbaycanda 4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib
  • 12-05-2026, 12:31
    Xocavənd rayonuna daha 18 ailə yola salınıb
  • 12-05-2026, 12:30
    Azərbaycanla Vatikan səhiyyə və pediatriya sahəsində əməkdaşlığı müzakirə edib
  • 12-05-2026, 12:29
    Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur
  • 12-05-2026, 12:28
    Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...