Ostin və Umerov telefonla NATO sammitinin nəticələrini müzakirə ediblər
dunya
24-07-2024, 08:55
137

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə deyib.
“Ostin bu gün Ukraynanın müdafiə naziri Rustem Umerovla telefonla danışıb”, – o açıqlayıb.
Rayder qeyd edib ki, tərəflər Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Ukraynaya dəstək üçün atılacaq addımları müzakirə ediblər.
“Umerov həmçinin Ostinə Ukraynadakı vəziyyətin dinamikası ilə bağlı yenilənmiş məlumat verib”, – o vurğulayıb.