Ermənistan özünə yeni sahib axtarışında » Memur.az

Ermənistan özünə yeni sahib axtarışında

Ermənistan özünə yeni sahib axtarışında

Rusiyanın sanksiyalardan zəifləməsi işğalçı ölkəni də gündən-günə daha ağır duruma salır; Rasim Musabəyov: “Mövcud şəraitdə ermənilərin daha varlı və güclü himayədar tapmaq üçün kənarlara boylanması onların milli psixologiyasından qaynaqlanır...”

İşğalçı Ermənistanın iqtisadi durumu aydan-aya ağırlaşdıqca, ölkə daha sürətlə boşaldıqca onun gələcəyi ilə bağlı toplumda, ictimai-siyasi, ekspert dairələrində bədbinlik və narahatlıq da güclənir. İş o yerə çatıb ki, bəziləri əgər iqtisadçı-ekspert Andranik Nikoqosyanın timsalında Ermənistanın bütünlüklə Rusiya tərkibinə keçməyi təklif edirsə, digərləri ən azı, Dağlıq Qarabağ probleminin Ermənistana heç bir faydasının olmadığını, zamanın artıq ermənilərə işləmədiyini və Ermənistanın indiki simvolik müstəqilliyindən də tezliklə heç nə qalmayacağı barədə xəbərdarlıq etməkdədirlər.

Rusiya qarşı Avropa Birliyi və ABŞ-ın saknsiyalarından sonra təcavüzkarın durumu bir az da sürətlə pisləşməyə üz tutub. Bu da təbiidir, çünki forpost Ermənistanın iqtisadiyyatı, ölkənin strateji əhəmiyyətli energetik sferası bütünlüklə Moskvanın nəzarətindədir və Rusiyanın bu sahədə üzləşdiyi problemlər avtomatik şəkildə Ermənistanda da ağrılı əks-səda verir.
Məsələn, bahalaşma, erməni milli pul vahidinin dəyərdən düşməsi, Rusiyadan əmək miqrantları tərəfindən Ermənistandakı ailələrə göndərilən pul vəsaitlərinin həcminin 2 dəfə azalması (rəsmi statistikadır) bu qəbildəndir. Özü də prosesə ağırlaşma tendensiyası xarakterikdir.

Rusiyanın izolyasiyası, ona qarşı Qərbin tətbiq elədiyi və mütəmadi şəkildə sərtləşdirdiyi sanksiyalar, güclənən maliyyə-iqtisadi çətinliklər fonunda erməni KİV-lərində son vaxtlar İrəvanın Moskvadan ifrat asılılığının faydalı olmasını şübhə altına qoyan şərhlər çoxalıb. Yəni belə təəssürat yaranır ki, nəhayət, ermənilər Rusiyanın sayəsində nəinki Dağlıq Qarabağın de-yure Ermənistana birləşdirilməsinə heç vaxt nail ola bilməyəcəklərini, üstəlik iqtisadi rifaha da qovuşmayacaqlarını və bundan da betəri, Ermənistanın simvolik müstəqilliyinin də əldən gedəcəyini dərk etməyə başlayıblar.
Politoloq Rasim Musabəyov erməni cəmiyyətində bu yöndə baş qaldıran ovqata maraqlı şərh verib. Musabəyov deyir: “Bu materiallarda İddia edilir ki, Rusiya ermənilərin narahatlığını ciddiyə almadan Azərbaycana geniş miqyasda müasir silah-sursat satır, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü xarici sərmayələrin cəlb edilməsinə yardımçı olmayıb, Rusiyaya ixracın həcmi, bu ölkədən Ermənistana pul köçürmələri isə nəinki artmayıb, əksinə, azalıb”.

Politoloq yaranmış vəziyyətdə ermənilərin öz tarixi ənənələrinə sadiq qalaraq, daha varlı və güclü himayədar tapmaq üçün kənarlara boylanmasını qanunauyğun hal hesab edir: “Bu məqsədlə Moskvaya tərəf qorxaq şəkildə boylanmaqla yanaşı, Serj Sərkisyan və onun nazirləri Brüsselin (Avropa Birliyi - red.) və Vaşinqtonun orbitinə keçməyin mümkünlüyü zondaj eləməkdədirlər”.

Musabəyov ardınca bildirir: “Məsələ ondadır ki, ermənilər nə qədər öz qədimlikləri və nailiyyətləri ilə öyünsələr də mahiyyət etibarilə onlar balaca bir xalqdır. Və "Böyük Ermənistan" haqda miflərə rəğmən, tarix boyu onlar həmişə regiondakı bu və ya başqa dominant dövlətin qulluqçuları olublar və məhz bu keyfiyyətdə də özlərini qoruyub saxlaya biliblər. Ermənilərin güclülərə xidmət göstərməyə hazırlığının əks tərəfi isə xəyanət, namərdlik, vəfasızlıq olub".
Müəllif bu xüsusda tarixdən bir neçə fakt gətirir: “Məsələn, Kilikiyanın pirat-erməniləri Spartakı aldatdılar və satdılar - İtaliyada üsyana qalxan qulları daşımaq üçün böyük bir ödəniş almaqla. Ancaq ermənilərin vəd etdiyi gəmilər limana gəlib çıxmadı. Spartak məcburən geri - şimala hərəkət eləməli oldu, lakin Krass tərəfindən darmadağın edildi və öldürüldü.

Başqa bir tarixi fakt: xırda Qarabağ knyazı erməni Smbat onun qonaqpərvərliyinə etibar edən Babəki aldatdı, Babəki satqıncasına ələ keçirdilər və böyük bir mükafatın qarşılığında xəlifəyə təhvil verdilər. Ermənilər həmçinin, ərəblərin, daha sonra isə səlcuq türklərinin hücumu üçün cəbhə açmaqla Bizansı satıblar. Eyni şey ermənilərin imtiyazlı statusda olduqları (“milləti sadiq”) Osmanlı İmperiyasında yaşanıb. Onlara imperiyada ticarət, maliyyə, sənaye sahələrində geniş imtiyazlar verilmiş, bir çox ermənilər nazir vəzifələri də daxil olmaqla, yüksək postlara təyin edilmişdilər, bir çoxu parlament deputatı, diplomat və hətta ordu generalları idilər. Ancaq buna baxmayaraq, 1-ci Dünya müharibəsi başlayandan sonra ermənilər kütləvi şəkildə Osmanlı İmperiyasının düşmənlərinin tərəfinə keçməyə başladılar".
Sonda politoloq onu qeyd edib ki, “bütün bunlara görə erməniləri günahlandırmaq mənasızdır, çünki artıq onların tarixi taleyi və milli psixologiyası belə gətirib”. “Lakin hələlik Rusiyanın "müştərisi" (forpostu) olan ermənilərin bu vərdişini həm Moskva, həm də onların hazırda xilas üçün nəzərlərini saldığı böyük dövlətlər ciddiyə alıb yadda saxlasa, pis olmaz" - əlavə edib Musabəyov.

****
Politoloqun yazdıqları sözsüz ki, həqiqətdir. Ermənilərin xəyanətkar, namərd psixologiyasını isə tək ruslar, avropalı və amerikalılar deyil, ən əvvəl 100 ildən çoxdur bu psixologiyanın altını çəkən türk-Azərbaycan toplumu, “bir millətin iki dövləti” olan Azərbaycan və Türkiyə nəzərə almalıdır. Ondan ötrü regionda, dünyada baş verən proseslərə çevik, doğru reaksiya verib taktika və strategiyanı düzgün qurmaq tələb olunur.

Unutmayaq ki, söhbət həm də Dağlıq Qarabağ probleminin ədalətli həllindən və uydurma erməni “soyqırımı” iddialarını tarixin arxivinə verməkdən gedir.