“Hizbullah” İsrail hərbi qüvvələrinin qərargahını atəşə tutub
dunya
18-12-2023, 10:02
196

Bu barədə “Hizbullah” hərbi informasiya xidmətinin “Telegram” kanalında yerləşdirilən bəyanatda deyilir.
Verilən məlumata görə, hücum zamanı tank əleyhinə idarə olunan raketlərdən istifadə edilib.
“Döyüşçülərimiz Qəzza zolağında Fələstin xalqının dayanıqlılığı və onların rəşadətli müqavimətinə dəstək məqsədilə əməliyyat keçirib və əməliyyat komandanlığının Even Menahem qəsəbəsində yerləşən qərargahına zərbələr endiriblər. Birbaşa zərbə nəticəsində düşmən sıralarında ölən və yaralananlar var”, - deyə qeyd olunub.
“Hizbullah”ın bu hücumunu İsrail hərbi nümayəndəsi hələlik təsdiq etməyib.
Mənbə: TASS