Zelenski Almaniyaya səfər edəcək » Memur.az

Zelenski Almaniyaya səfər edəcək

Zelenski Almaniyaya səfər edəcəkUkrayna Prezidenti Volodimir Zelenski gələn həftə Berlinə səfər edəcək.

Zelenskinin mayın 13-də Almaniyaya gedəcəyi gözlənilir. Onun təyyarəsi Berlin hava limanının hərbi hissəsinə enəcək.

“Zelenski Almaniyaya federal prezidentin dəvəti ilə gələcək”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.

Almaniyanın güc strukturları artıq Ukrayna prezidentinin gəlişi ilə bağlı hazırlıq görürlər.

Yüksək dərəcədə təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Baryerlər, sənədlərin yoxlanılması, snayperlər və partlayıcı maddələr axtaran itlərin iştirakı ilə kütləvi polis əməliyyatı planlaşdırılır.
Mayın 14-də Zelenski Kansler Olaf Şolts tərəfindən qarşılanacaq. Bundan sonra danışıqlar və mətbuat konfransı baş tutacaq. Günorta saat 12 radələrində onun Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə söhbəti planlaşdırılır.

Bundan sonra Ukrayna prezidentinin helikopterlə Aaxenə uçuşu nəzərdə tutulur. Orada Zelenskiyə Böyük Karl mükafatı veriləcək. Elə həmin gün Volodimir Zelenski xüsusi təyyarə ilə Ukraynaya qayıdacaq.

Xatırladaq ki, Zelenski mayın 3-də Finlandiyaya gözlənilməz səfər edib. O, bir sıra ikitərəfli görüşlərdə iştirak edib.

Mənbə: Yevropeyskaya pravda