Tarix : 27-04-2022, 15:19 | Bölmə: dunya

Moldova və Fransanın xarici işlər nazirləri Dnestryanı bölgə ətrafındakı vəziyyəti müzakirə ediblərBaş nazirin müavini, Moldovanın xarici işlər naziri Nikolae Popesku və Fransanın xarici işlər naziri Jan-İv Le Drian aprelin 27-də baş tutan telefon danışığı zamanı Dnestryanı bölgə ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlı problemi müzakirə ediblər.

Qeyd olunur ki, Popesku Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə Fransaya minnətdarlığını bildirib.

“Mən nazirlə enerji sektorundakı problemlər, o cümlədən Fransanın bu sahədə dayanıqlılığın artırılmasına verdiyi dəstək haqqında da söhbət etdim”, – deyə nazir qeyd edib.

Mənbə: Rambler.ru

Oxşar xəbərlər