İngiltərənin ən varlı qadını yaxtası ilə Bodrumda » Memur.az

İngiltərənin ən varlı qadını yaxtası ilə Bodrumda

İngiltərənin ən varlı qadını yaxtası ilə Bodrumda

İngiltərənin ən çox qazanan qadını olan İKOS şirkətinin yunan əsilli sahibi Elena Ambrosiadou Bodruma yollanıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, "The Maltese Falcon" adlı lüks yaxtasını da özü ilə aparan iş xanımı əvvəlcə günəş vannası qəbul edib. Daha sonra isə yaxınları ilə su idmanı etməyə başlayıb.

Bir çox firmaların səhmdarı olan Elena kəndləri gəzib. Onun nadir yaxtası Bodrumdakı digər turistlərin də diqqətini çəkib. Dünyada ilk dəfə karbonfiber yelkən dirəkləri taxılan və futbol sahəsi böyüklüyündə yelkənə sahib olan "The Maltese Falcon" Atlantik okeanını 10 gündə keçmək gücünə sahibdir. Ambrosiadou bu yaxtanı 2009-cu ildə ABŞ-lı iş adamı Tom Perkinsdən 60 milyon sterlinqə satın alıb.