Tarix : 21-04-2022, 18:52 | Bölmə: dunya

Azərbaycan Gürcüstanın ən çox arzulanan tərəfdaşları arasındadır - SORĞURusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Azərbaycan Gürcüstanın ən çox arzulanan siyasi və iqtisadi tərəfdaşlarının ilk onluğunda yer alıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrindən məlum olub.

Belə ki, Gürcüstanda rəyi soruşulanların 13%-i hesab edir ki, ölkə Azərbaycanla ən sıx siyasi əməkdaşlıq qurmalıdır. Respondentlərin 17%-nin rəyinə əsasən isə Gürcüstan Azərbaycanla ən sıx iqtisadi əməkdaşlıq münasibətlərinə malik olmalıdır.

Sorğu iştirakçılarının 42%-i Aİ-ni, 35%-i ABŞ-ı, 17%-i Türkiyəni Gürcüstanın ən sıx siyasi tərəfdaşı görmək istədiklərini bildiriblər. Əsas iqtisadi tərəfdaş kimi respondetlərin 40%-i Aİ, 28%-i ABŞ-ı, 26%-i isə Türkiyəni qeyd edib.

Respondentlərin fikrincə, Gürcüstan Rusiya ilə münasibətlərini məhdudlaşdırmalıdır.

Qeyd edək ki, bu ilin martın 9-dan 20-dək aparılan sorğuda 2 024 respondent iştirak edib.

Oxşar xəbərlər