Keçmiş prezident boyun fəqərəsini zədələdi » Memur.az

Keçmiş prezident boyun fəqərəsini zədələdi

Keçmiş prezident boyun fəqərəsini zədələdi

ABŞ-ın 91 yaşlı keçmiş prezidenti ata Corc Buş yıxılma nəticəsində boyun fəqərəsini zədələyib. Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu barədə onun mətbuat katibi Cim Mak Qrat məlumat verib.

İnsident sabiq prezidentin Men şəhəri ətrafındakı bağ evində baş verib. İnsidentdən sonra o, Portlendəki xəstəxanaya gətirilib və Buşa müvafiq tibbi yardım göstərilib. Şəxsi mətbuat katibinin sözlərinə görə, eks-prezidentin durumu hazırda stabildir. Başqa təfərrüatları yoxdur.

Ata Corc Buş 1989-93-cü illərdə ABŞ-ın prezidenti olub. Buna kimi Ronald Reyqan administrasiyasında (1981-89) vitse-prezident, konqresmen, ABŞ-ın BMT-dəki nümayəndəsi, Amerikanın Çində xüsusi elçisi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifələrini tutub.