Almatı küçələrində təmizləmə əməliyyatı: Minlərlə insan saxlanılıb » Memur.az

Almatı küçələrində təmizləmə əməliyyatı: Minlərlə insan saxlanılıb

Almatı küçələrində təmizləmə əməliyyatı: Minlərlə insan saxlanılıbQazaxıstanın hüquq-mühafizə orqanları Almatıda reydlər zamanı 2 minə yaxın aksiya iştirakçısını saxlayıb.

Bu barədə cümə axşamı respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Almatı polis idarəsinin əməkdaşları Karasay-Batır və Masançi küçələrində təmizləmə əməliyyatı həyata keçiriblər. Qanunu pozanların tutulması üçün tədbirlər görülür. Ümumilikdə 2 minə yaxın adam polisə gətirilib”, - deyə məlumatda bildirilir.