Ölkə üzrə müşahidə olunan faktiki hava AÇIQLANDI » Memur.az

Ölkə üzrə müşahidə olunan faktiki hava AÇIQLANDI

Ölkə üzrə müşahidə olunan faktiki hava AÇIQLANDINoyabrın 16-sı saat 11:30 olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17 mm, Ləzədə 12 mm, Qusarda 10 mm, Şabranda 3 mm, Qəbələ, Şəkidə 2 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1 mm, Bakıda və Abşeron yarımadasında, Pirallahı, Maştağa, Sumqayıtda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Şimal-qərb küləyi əsib, arabir Qobustan, Salyanda 28, Altıağacda 26, Xaçmazda 25, Hacıqabulda 24, Beyləqanda 22, Nabran, Neftçalada 20, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18, Bakıda və Abşeron yarımadasında: Ələt, Maştağada 35, Bakıda 33, Pirallahıda 30, Qum adasında 28, Çilov adasında 26, Neft Daşlarında 25, Sumqayıtda 22 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə, Aran rayonlarında 5-10 dərəcə isti, dağlıq rayonlarda 10-15 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 3dərəcə şaxtadan 3 dərəcədək isti olub.