Tarix : 27-09-2021, 09:59 | Bölmə: cemiyyet

Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHIBir il əvvəl Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatlarına başladı.

Hücum əməliyyatlarının başlandığı ilk gündən Müzəffər Ordumuz bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etdi.

Sentyabrın 27-də azad olunan əraziləri təqdim edirik:

- Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;

- Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;

- Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər.

Oxşar xəbərlər