Əhali ən çox hansı xəstəliklərdən əziyyət çəkir? - SİYAHI » Memur.az

Əhali ən çox hansı xəstəliklərdən əziyyət çəkir? - SİYAHI

Əhali ən çox hansı xəstəliklərdən əziyyət çəkir? - SİYAHIBu ilin avqust ayı ərzində 58 şəhər və rayonda 388 969 vətəndaşa 1 477 981 tibbi xidmət göstərilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 636 930 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 299 760-ı ambulator, 178 221-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin avqust ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar Mingəçevir (475) və Şirvan (211) şəhərləri, Yevlax (197), Ağdaş (194), Qəbələ (192), Göygöl (186), Beyləqan (181), Qax (169), Xaçmaz (165) və Ucar (163) rayonlarıdır.

Məlumatda, ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna əsasən birinci yerdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (135 071) yer alır. Daha sonra Gəncə Birləşmiş Şəhər Xəstəxanası (110 851), Yevlax (74 776), Xaçmaz (74 735), Quba (54 458), Şəki (54 240), Ağdaş (53 416), Bərdə (42 163), Göyçay (37 689) və Qusar (37 534 ) rayon mərkəzi xəstəxanası yer alır.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 812 918 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13 207 556 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 10 734 244-ü (81%) 18 yaşdan yuxarı, 2 473 312-si (19%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.