Tarix : 15-09-2021, 11:59 | Bölmə: cemiyyet

Bakıda peyvənd olunan təhsil işçilərinin sayını AÇIQLANDI“Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir”.

Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva AZƏRTAC-a müsahibəsində deyib.

M.Vəliyeva ölkədəki yoluxma dinamikası, mövcud durum dəyərləndirilərək verilən qərara əsasən, ənənəvi təhsilin mərhələli şəkildə təşkil olunacağını deyib:

“Qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var. Sentyabrın 22-dən etibarən ilk olaraq ibtidai siniflər, sentyabrın 29-dan isə V-XI siniflər əyani tədrisə başlayacaq”.

Əlavə olaraq o, təhsil işçilərinin vaksinasiyasının da əyani tədrisə keçid üçün qarşıya qoyulan əsas məqsəd olduğunu qeyd edib:

“Sevindirici haldır ki, paytaxtın təhsil işçilərinin 80 faizə yaxını, daha dəqiq desək, 28 min 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq”.

Oxşar xəbərlər