DİM sədri abituriyentlərə müraciət etdi: “1-ci cəhddə imtahan verin” » Memur.az

DİM sədri abituriyentlərə müraciət etdi: “1-ci cəhddə imtahan verin”

DİM sədri abituriyentlərə müraciət etdi: “1-ci cəhddə imtahan verin”“Koronavirus pandemiyası ilə əlaqədar respublikamızda yaranmış sanitar-epi­demioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməyəcəyi hələ bəlli deyil”.

Memur.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.DİM sədri bildirib ki, bu barədə əlavə məlumat qurumun internet səhifəsində veriləcək:

“Bu ehtimalı nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur”.