Əlilliyi təyin edilən qazilərin sayı açıqlandı - RƏSMİ » Memur.az

Əlilliyi təyin edilən qazilərin sayı açıqlandı - RƏSMİ

Əlilliyi təyin edilən qazilərin sayı açıqlandı - RƏSMİ“İndiyə qədər 250-dən çox Vətən müharibəsi iştirakçısının əlillik təyinatı aparılıb”.

Memur.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, əlillik təyinatından sonra həmin şəxslər reabilitasiya mərkəzinə cəlb olunur:

“15 qazimiz yüksək texnologiyalı protezlə təmin olunub. Onlara əlavə olaraq mühərrikli arabalar təqdim edilib”.

O qeyd edib ki, 511 qazimizə 2 400-dən çox reabilitasiya vasitəsi təqdim edilib.