Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? - RƏSMİ » Memur.az

Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? - RƏSMİ

Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? - RƏSMİ“Fevralın 1-dən indiyə kimi 164 ibtidai sinif şagirdində koronavirusa yoluxma qeydə alınıb. Bunların hamısı məktəbdə olmayıb”.

Memur.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, V-IX sinifdə təhsil alan 282 şagird COVID-19-a yoluxub.

“Məktəbəqədər hazırlıq sinif şagirdləri arasında koronavirusa yoluxanların sayı 23 nəfər olub. 714 nəfər işçi heyəti yoluxub”.

Nazir qeyd edib ki, koronavirusa görə 626 sinif distant təhsilə keçirilib:

“Onlardan 233 məktəbdə dərslər artıq bərpa edilib. 48 məktəb distant təhsilə keçirilmişdi. 41-i hazırda da distantdadır, yeddi məktəbdə isə ənənəvi təhsil forması bərpa edilib”.