Bakıda bəzi rayonlarda təbii qazın verilişində məhdudiyyətlər yaranıb - AÇIQLAMA » Memur.az

Bakıda bəzi rayonlarda təbii qazın verilişində məhdudiyyətlər yaranıb - AÇIQLAMA

Bakıda bəzi rayonlarda təbii qazın verilişində məhdudiyyətlər yaranıb - AÇIQLAMABakının Xəzər rayonu ərazisində qaz yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı vətəndaşlar sosial şəbəkələrdə paylaşıblar. Belə ki, iddia edilir ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsi, Abşeron rayonu Məmmədli kəndi, Sabunçu rayonu Bilgəh qəsəbəsi, Xəzər rayonu Buzovna qəsəbəsində qaz yoxdur.

“Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sadalanan ərazilərdən yalnız Xəzər rayonunda əhaliyə təbii qazın verilməsi ilə bağlı qısa müddətli məhdudiyyətlər var:

“ Xəzər rayonu Buzovna qəsəbəsinin Malik Musayev küçəsi, Qaçaq Nəbi və Koroğlu küçələrində əhaliyə təbii qazın verilişində fasilələr olur. Qaçaq Nəbi və Koroğlu küçələrində yaranan fasilənin səbəbi aparılan yoxlamalar zamanı qaz xəttində sızmanın müşahidə edilməsidir. Təhlükəsizlik məqsədilə qaz təchizatı qısa müddətli dayandırılıb.

Malik Musayev küçəsində isə yeni çəkilən qaz xəttinin şəbəkəyə qoşulması istiqamətində işlər aparılır. Bu səbəbdən təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Qeyd etdiyim ünvanlarda aparılan işlər tez bir zamanda icra olunduqdan sonra təbii qazın verilişi bərpa ediləcək”.

C.Səfərov qeyd edilən digər ərazilərdə qaz təchizatı ilə bağlı hər hansı problemin olmadığını bildirib:

“Qeyd olunan digər ərazilərdə Abşeron rayonu Məmmədli kəndi, Sabunçu rayonu ərazisində hər hansı problem görünmür. Ola bilər yaranan çətinlik vətəndaşların fərdi problemləri ilə bağlıdır. Bununla bağlı isə vətəndaşlar ərazi üzrə müvafiq idarələrimizin çağrı mərkəzlərinə müraciət edə bilərlər”.