Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ » Memur.az

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQOktyabrın 10-u və 11-də paytaxtda dezinfeksiya işləri aparılacaq.

Bu barədə Oxu.Az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. 

Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq, kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.