Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir » Memur.az

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib.

Nazirlikdən bildirilib ki, keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri sənət fənləri üzrə 30 müəyyən edilib.

Yuxarıda qeyd olunan fənlər üzrə işə qəbul imtahanlarında iştirak edərək keçid balını toplamış namizədlər 8-9 sentyabr tarixlərində şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.