Koronavirusla bağlı SON STATİSTİKA » Memur.az

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKADünyada yeni növ koronavirusa yoluxanların sayı 19 811 136-ya çatıb.

Bu barədə Memur.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 729 653 nəfər ölüb, 12 725 906 nəfər sağalıb.

Koronavirusun ən çox qeydə alındığı qitə Şimali Amerika (6 062 293 nəfər), ölkə isə ABŞ-dır (5 149 723 nəfər).

Dünya ölkələri arasında sonrakı iki yeri 3 013 369 yoluxma ilə Braziliya, 2 156 169 yoluxma ilə Hindistan tutur.

Azərbaycanın sərhəd qonşusu Rusiya 882 347 yoluxma faktı ilə dördüncü yerdədir.

Digər qonşularımızdan İranda 324, 692, Türkiyədə 239 622, Ermənistanda 40 185, Gürcüstanda 1 225 yoluxma müşahidə edilir.

Azərbaycanda koronavirusa yoluxan 33 481 nəfərin 30 056-sı sağalıb, 488-i ölüb.