190 manatlıq müavinət iyun ayında da verilsin - TƏKLİF » Memur.az

190 manatlıq müavinət iyun ayında da verilsin - TƏKLİF

190 manatlıq müavinət iyun ayında da verilsin - TƏKLİFMilli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli işsiz vətəndaşlara 190 manatın iyun ayı üçün də verilməsini təklif edib. 

Memur.Az-ın xəbərinə görə, aidiyyəti qurumlar 190 manatın iyun ayında da verilməsini nəzərə almalıdırlar. 

“Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 min nəfər şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır”, - deyə Ə.Məsimli əlavə edib. 

Deputat onu da qeyd edib ki, regionlarda yeni iş yerləri yaradılmalıdır.