Azərbaycanda COVID-19-la mübarizəyə qlobal səviyyədə hazırdır » Memur.az

Azərbaycanda COVID-19-la mübarizəyə qlobal səviyyədə hazırdır

Azərbaycanda COVID-19-la mübarizəyə qlobal səviyyədə hazırdırBu gün dünyanın diqqət mərkəzində olan və hər kəsi narahat edən başlıca mövzu koronovirus (COVID-19) pandemiyasıdır. 

Ötən ilin dekabrında Çinin Uhan şəhərindən yayılan və 120-dən çox ölkədə yayılan bu virusla dünya ölkələri mübarizə aparır.

Ümumdünya Səhiyyə Təşkilatı koronovirusla mübarizə məqsədilə aparılan qabaqlayıcı tədbirləri davamlı olaraq ictimaiyyətə açıqlayır.

Xəstəlikdən qorunma ilə bağlı cəmiyyət mütəmadi olaraq məlumatlandırılır.

Təəssüf ki, Azərbaycanda da koronovirusa yoluxma halları qeydə alınıb. Bu virusun qarşısını almaq məqsədilə ciddi tədbirlər davam etdirilir.

COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə davamlı olaraq ölkədə - istər sərhəd zonalarında, istərsə də ölkədaxili inzibati binalarda - ali təhsil müəssisələrində, dəmiryolu, metro stansiyalarda, ticarət mərkəzlərində, hava limanında, əhalinin sıx toplaşdığı məkanlarda və digər müəssisələrdə dezinfeksiya işləri görülür.

Azərbaycan hazırda koronavirusla bağlı ÜST-lə sıx əməkdaşlıq edilir və tədbirlərin geniş vüsət alması üçün addımlar atılır.

ÜST-ün koronavirus infeksiyası ilə bağlı tövsiyəsi nəzərə alınaraq, Azərbaycanda təhsil müəssisələrində dərslər dayandırılıb, kütləvi tədbirlər ləğv edilib. Eyni zamanda, ölkə ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılıb.

Hazırda ÜST ekspertlərindən ibarət bir qrup şəxs Azərbaycan hökumətinin müraciətinə cavab olaraq, dəstək göstərmək üçün plan hazırlayır.

Ekspert qrupu Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan xəstəxanalara, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və digər müəssisələrə baş çəkib.

Bu günə qədər Azərbaycanda koronavirusa yoluxma faktı azdır. Azərbaycan İranla həmsərhəd olduğundan virusa yoluxma ehtimalları və riskləri çoxdur. Elə bununla bağlı ölkəmiz İranla sərhədi müvəqqəti olaraq bağlayıb, yalnız məhdud rejimdə fəaliyyət mümkündür. 

Azərbaycan hökuməti pandemiya ilə qlobal səviyyədə mübarizə aparır. Belə ki, qonşu ölkələrlə çoxtərəfli əməkdaşlığı buna nümunə göstərə bilərik. Türkiyənin Səhiyyə naziri Fahreddin Koca qısa müddət öncə virusla mübarizə üçün təlimatlandırılmaları məqsədilə Azərbaycandan Türkiyəyə ekspert heyətinin getdiyini, lazım gələrsə, ölkəsinin də bu məqsədlə Azərbaycana mütəxəssislər göndərə biləcəyini açıqlamışdı. 

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına beş milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib. 

Koronavirus epidemiyası, əsasən, hava və damcı yolu ilə keçir. Təbii ki, bu da insanların daha az məsafədə ünsiyyətdə olmasından asılıdır. İctimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edənlər mütləq əllərini tez-tez sabunla yumalıdırlar. 

Xəstəliyin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs  darlığı olduğu xatırladılır və bildirilir ki, koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur.