Gürcüstan Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə » Memur.az

Gürcüstan Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə

Gürcüstan Azərbaycanla sərhədi bağladı - Koronavirusa görəGürcüstanda koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra bu ölkə Azərbaycanla sərhəd qapılarını bağlamaq qərarına gəlib.

Bu barədə Moscow-baku.ru saytı məlumat yayıb.

Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze keçirdiyi brifinq zamanı ölkə hökumətinin iki həftə müddətində Azərbaycanla sərhədlərini bağlayacağını bildirib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxmuş ilk şəxs Azərbaycan ərazisindən ora keçən 50 yaşlı Gürcüstan vətəndaşı olub.