Rusiyanın bu şəhərindən Bakıya uçuşlar başlayır » Memur.az

Rusiyanın bu şəhərindən Bakıya uçuşlar başlayır

Rusiyanın bu şəhərindən Bakıya uçuşlar başlayır15 yanvar 2020-ci il tarixindən Rusiyanın “İrAero” aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa və müntəzəm aviareyslər həyata keçirəcək.

Bu haqda “aviashop.ru” saytında məlumat verilib.

Samaranın “Kurumoç” hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə bir dəfə, çərşənbə günü təşkil ediləcək. 

“İrAero” aviareyslərin cədvəlini təqdim edib: Samara(KUF) – Bakı(BAK) 01:20 – 03:10, Bakı(BAK) – Samara(KUF) 04:10 – 06:00

Şirkət uçuş müddətinin 2 saat olacağını bildirib.