Sabahdan hava kəskin soyuyacaq » Memur.az

Sabahdan hava kəskin soyuyacaq

Sabahdan hava kəskin soyuyacaqSabahdan Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.Havanın çiskinli olacağı, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək isə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi yanvarın 2-si gündüz, yanvarın 3-də arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.