Bakıda torpaq sürüşməsi bu əraziləri susuz qoydu » Memur.az

Bakıda torpaq sürüşməsi bu əraziləri susuz qoydu

Bakıda torpaq sürüşməsi bu əraziləri susuz qoyduTorpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub.

Bununla baölı Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilibş

Bildirilib ki, həmin ərazidən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.