Xalq artisti heç kimə toxunmadı, Ayan öz xoşu ilə getdi: “Maşın”da günün yekunu - YENİLƏNİB » Memur.az

Xalq artisti heç kimə toxunmadı, Ayan öz xoşu ilə getdi: “Maşın”da günün yekunu - YENİLƏNİB

Xalq artisti heç kimə toxunmadı, Ayan öz xoşu ilə getdi: “Maşın”da günün yekunu - YENİLƏNİB“Maşın”da növbəti günə yekun vurulub.

Səsverməyə çıxarılan və verilişin sonuna kimi hədəfini açıqlamayan Xalq artisti Fatma Mahmudovanı tribunaya dəvət edən aparıcı Murad Dadaşov səsverməyə “stop” deyərək, günün yekununu açıqlayıb.

Aktrisa 72,09% səs toplayaraq, şouda qalıb. Bu məqamda isə Ayan Babakişiyeva əlini avtomobildən götürərək, oyundan çıxıb.

Ayan bu addımını belə şərh edib:

“Fatma xanım, çox qərarsız idiniz. Bu, bir mübarizədir. Hər kəs oyunçudu, kim istəsə qala və ya gedə bilər”.

Fatma Mahmudova isə oyunda yaşananları bu cür dəyərləndirib:

“Fikirləşdim ki, kişilər şou başlayan kimi bir-bir oyundan çıxdılar. Oğlanlar çıxdıqca oyunun duzu, ləzzəti qalmayacaq. Ona görə qadınlardan birini çıxarmaq qərarına gəlmişdim. Özümü hazırda çox pis hiss edirəm. Ayanın oyundan çıxması mənə pis təsir etdi. Onun qalmasını istəyirdim. Ayan bu gecə kiminsə “qurbanı” oldu. Mən də heç kimi oyundan uzaqlaşdırmıram”.

Verlişin aparıcısı Murad Dadaşov isə proqramın sonunda Ayan Babakişiyevanın oyundan çıxmasının səbəbinin araşdırıb, sabah açıqlayacağını bildirdi.

Beləliklə, “Maşın” 11 məşhur ilə sabah qaldığı yerdən davam edəcək.



6 oktyabr, 23:01

“Maşın”da həyəcan davam edir.

Oxu.Az xəbər verir ki, hazırda avtomobil uğrunda mübarizəsini davam etdirən 11 iştirakçı səsverməyə çıxmış Fatma Mahmudovaya müraciət edərək hədəfini açıqlamasını istəyib.

Lakin aktrisa hələ də qərarsız olduğunu bildirib.

O, yalnız “gənclərə dəyməyəm”, - deyərək sözünü bitirib.

Verlişin aparıcısı Murad Dadaşovun ona ünvanladığı “səs topladığınız halda, özünüz çıxacaqsız?” sualına aktrisa qeyri-müəyyən cavab verib.



22:31

MGP-nin ərsəyə gətirdiyi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin növbəti gecəsinə start verilib.

Oxu.Az xəbər verir ki, ATV telekanalında canlı yayıma çıxan şouda 12 məşhur - səkkiz xanım, dörd bəy avtomobil uğrunda mübarizəyə başlayıb.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.

Beləliklə, bu gecə də şəkli qutuya atılan Əməkdar artist Fatma Mahmudova olub. O, tribunaya çıxaraq oyunda qalıb, 50 min manatlıq avtomobil uğrunda mübarizə aparmaq üçün tamaşaçılara səslənib:

“Keçən səfər də qeyd etdim, indi də deyirəm, heç nədə gözüm yoxdur. Əziz tamaşaçılar, sizdən səs istəmirəm. Göndərsəniz də sağ olun, göndərməsəniz də”.

Hazırda Fatma Mahmudovanın şoudakı aqibəti həll olunur. Bu, şounun sonunda bəlli olacaq.