Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİ » Memur.az

Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİ

Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİBu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 % artaraq, 3 729 200 nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 36,4 %-i İrana, 29 %-i Gürcüstana, 17,5 %-i Rusiyaya, 11,6 %-i Türkiyəyə, 5,5 %-i isə digər ölkələrə gedib. Gedənlərin 63,8 %-ni kişilər, 36,2 %-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1 %, Gürcüstana gedənlərin sayı 13,3 %, Rusiyaya gedənlərin sayı 7,4 %, Türkiyəyə gedənlərin sayı isə 5,1 % artıb.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138 700 nəfər və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,7 faizi İraq, hər birindən 1,5 faiz olmaqla, Türkmənistan və Qazaxıstan, 1,4 faizi İsrail, 1,3 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

Yanvar-avqust aylarında ölkəmizə gələnlərin sayında isə daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3 faiz artaraq 96 500 nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 788 800 nəfər olub.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,2 %-i dəmiryolu və avtomobil, 17,1 %-i hava, 0,7 %-i isə su nəqliyyatından istifadə edib.