Nazirlik: 2020-ci ildə ali məktəblərdə pulsuz yerlərin sayı artırılacaq » Memur.az

Nazirlik: 2020-ci ildə ali məktəblərdə pulsuz yerlərin sayı artırılacaq

Nazirlik: 2020-ci ildə ali məktəblərdə pulsuz yerlərin sayı artırılacaqİnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair hazırladığı açıqlamada bildirilib.

Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi diqqət mərkəzində olacaq.

Məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq.