Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı » Memur.az

Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı

Bitkoin bahalaşır: ilin rekordu qeydə alındıBitkoinin orta bazar qiyməti 2018-ci ilin may ayından bəri ilk dəfə olaraq 9322 dollara çatıb.

Bu barədə “Lenta.ru” məlumat verir.

Kriptovalyuta ən yüksək həddinə iyunun 16-da çatıb. Belə ki, bir neçə saat ərzində qiymət beş faiz bahalaşıb, sonradan qiymət yenidən enməyə başlayıb. Hazırda saat 15:00-a (Bakı vaxtı ilə) olan məlumata görə, bitkoin 9274 dollara dəyişdirilir.

Ekspertlər yaxın gələcəkdə kriptovalyutanın 10 min dolları ötəcəyini istisna etmir.