Ramazanın sonuncu gününün – DUASI VƏ TƏQVİMİ » Memur.az

Ramazanın sonuncu gününün – DUASI VƏ TƏQVİMİ

Ramazanın sonuncu gününün – DUASI VƏ TƏQVİMİMemur.Az müqəddəs Ramazan ayının 30-cu gününün təqvimi və duasını təqdim edir.

30 ramazan 1440 – 4 iyun 2019

İmsaq: 03:22
İftar: 20:23

30-cu günün duası:

Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin.

Tərcüməsi:

İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun.