Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb » Memur.az

Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb

Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıbSilahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu ilin noyabrın 1-dək fonda 94.727.254,86 manat, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Fond Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.