Siqaret istifadəçilərinə bəd xəbər –Gələn il kəskin qiymət artmı gözlənilir » Memur.az

Siqaret istifadəçilərinə bəd xəbər –Gələn il kəskin qiymət artmı gözlənilir

Siqaret istifadəçilərinə bəd xəbər –Gələn il kəskin qiymət artmı gözlənilir “Büdcə sənədlərindən görünür ki, 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq.
Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın artırılması bunu söyləməyə əsas verir”.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manat proqnoz edilir. 2018-ci il üçün həmin məbləğ 104 mln. manatdır.
“Yerli istehsala aksizlər üzrə də daxilolamalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata artımla proqnozlaşdırılır”-deyə R.Ağayev qeyd edib.