Avtomobillərdə siqaret çəkmək qadağan olunsun - TƏKLİF » Memur.az

Avtomobillərdə siqaret çəkmək qadağan olunsun - TƏKLİF

Avtomobillərdə siqaret çəkmək qadağan olunsun - TƏKLİFMillət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Oxu.Az xəbər verir ki, deputat bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər:

“Sürücü siqaret çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.