Yeni yolda sürət həddi müəyyənləşdi » Memur.az

Yeni yolda sürət həddi müəyyənləşdi

Yeni yolda sürət həddi müəyyənləşdiYeni istifadəyə verilən Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun sürət həddi məlum olub.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Agentliyin rəsmisi qeyd edib ki, yolun sürət həddinin maksimal həddi 120 km/saat müəyyən edilib.

Qeyd edək ki, sentyabrın 18-də Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolu istifadəyə verilib.