Anomal istilərlə bağlı - XƏBƏRDARLIQ » Memur.az

Anomal istilərlə bağlı - XƏBƏRDARLIQ

Anomal istilərlə bağlı - XƏBƏRDARLIQEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentİ hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Oxu.Az-a verilən məlumata görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı gözlənilir.

Qeyd olunub ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Memur.az