“Cəhənnəm istisi” davam edir: Temperatur 43 dərəcəyə çatacaq » Memur.az

“Cəhənnəm istisi” davam edir: Temperatur 43 dərəcəyə çatacaq

“Cəhənnəm istisi” davam edir: Temperatur 43 dərəcəyə çatacaqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir.

Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Memur.az