Azərbaycanın ilk hərbi operatoru vəfat etdi » Memur.az

Azərbaycanın ilk hərbi operatoru vəfat etdi

Azərbaycanın ilk hərbi operatoru vəfat etdiTanınmış hərbi teleoperator Seyidağa Mövsümlü dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu haqda tanınmış telejurnalist Telli Pənahqızı öz “Facebook” statusunda yazıb.

Qeyd edək ki, S. Mövsümlü uzun illər Azərbaycan televiziyasında, AzTv-də fəaliyyət göstərib.

O, Xocalı soyqırımı ilə bağlı dəhşətli görüntüləri ilk çəkən və ilk yayımlayan, Azərbaycan xalqına və dünyaya çatdıran teleoperatotdur.

Allah rəhmət eləsin!

Memur.az