Qadınlar azalır, əhalinin cins nisbəti pozulur » Memur.az

Qadınlar azalır, əhalinin cins nisbəti pozulur

Qadınlar azalır, əhalinin cins nisbəti pozulurBu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 540 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib.

Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edib. Hazırda hər 100 doğulan qıza 113 oğlan düşür.

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Memur.az