Qaydaları pozan 15 əcnəbi saxlanılıb » Memur.az

Qaydaları pozan 15 əcnəbi saxlanılıb

Qaydaları pozan 15 əcnəbi saxlanılıbDövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin vətəndaşı olmaqla, ümumilikdə 15 nəfər əcnəbi saxlanılıb.

DMX-dan Oxu.Az-a verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan ərazisində qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul olduqları məlum olub.

Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyənləşib.

Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

Memur.az