Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər - RƏSMİ » Memur.az

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər - RƏSMİ

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər - RƏSMİBu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.

Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

Memur.az