Məhkəmə Azərbaycanda "Qala" qrupunun fəaliyyətinə qadağa qoyub » Memur.az

Məhkəmə Azərbaycanda "Qala" qrupunun fəaliyyətinə qadağa qoyub

Məhkəmə Azərbaycanda "Qala" qrupunun fəaliyyətinə qadağa qoyub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qala” qrupunun üzvləri mətbuat konfransı keçirib.

Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüşən qrupun rəhbəri Aqşin tədbirin əsl səbəbini açıqlayıb: “Bildiyiniz kimi Azərbaycanda bir “Qala” qrupu var idi. Daha sonra bizim qrupdan ayrılan bir şəxs özünə yeni bir “Qala” qrupu yaratdı. Bu isə qalmaqala səbəb oldu. Daha sonra əsl “Qala”nın hansı olması üçün məhkəməyə müraciət etdik. Məhkəmə isə belə qərar verdi ki, Azərbaycanda sırf “Qala” adında qrup olmayacaq. Məhz buna görə də digər qrup özünə “Qala vokal”, bizim qrup isə “Qala virtioz” olduq. Yəni bizim yeni qrupumuzu kimlərləsə səhv salmasınlar. Artıq qarşıda yeni mahnılar, layihələr var. Toy bazarında da biz öz sözümüzü deməyi bacaracağıq. Qaldı ki digər “Qala” qrupunun üzvləri ilə münasibətimizə, onlarla əvvəlki kimi münasibətmiz yoxdur. Salam, sağ ol”.

Xatırladaq ki, “Qala virtioz” qrupunun tərkibi Muxtarov Vaqif, Orxan Əliyev, Mirzə Bağıyevdən ibarətdir. Qeyd edək ki, tədbirə tanınmış aktyor Qorxmaz Əlili, Nicat Rəhimov, müğənnilər Emil Bədəlov, İlqar Sail, Ceyhun Zeynalov (Cin) və başqaları qatılmışdı.