Energetika Nazirliyi Çinar Plazaya köçür » Memur.az

Energetika Nazirliyi Çinar Plazaya köçür

Energetika Nazirliyi Çinar Plazaya köçürAzərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır.

Dünəndən nazirliyin aparatının yeni ünvana köçürülməsinə başlanılıb.

Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı, onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir.

Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir.

Memur.az