Beyləqanda 125 mm-lik top mərmisi aşkarlanıb – FOTO » Memur.az

Beyləqanda 125 mm-lik top mərmisi aşkarlanıb – FOTO

Beyləqanda 125 mm-lik top mərmisi aşkarlanıb – FOTOMartın 6-da DİN-nin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan rayonu, Xaçınabad kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatına görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyatyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.Beyləqanda 125 mm-lik top mərmisi aşkarlanıb – FOTO

Memur.az