Mingəçevir sakini qurd xəstəliyindən xilas olmaq üçün benzin içib » Memur.az

Mingəçevir sakini qurd xəstəliyindən xilas olmaq üçün benzin içib

Mingəçevir sakini qurd xəstəliyindən xilas olmaq üçün benzin içibMingəçevir. 18 fevral. REPORT.AZ/ Mingəçevir şəhər sakini benzindən zəhərlənib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 8 saylı binada baş verib.

1984-cü il təvəllüdlü yerli sakin V.Mustafayev benzin içərək zəhərlənib. Xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O, benzini qonşusunun məsləhəti ilə qurd xəstəliyindən xilas olmaq üçün içib.

V.Mustafayev hazırda müalicəsini davam etdirir.

Memur.az